HDP terror təşkilatı PKK-nın partiyasıdır - Soylu

21 Fevral 2021 12:22

Xalqların Demokratik Partiyası (HDP) terror təşkilatı PKK-nın partiyasıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu "A Haber"ə açıqlamasında deyib.

Nazir bildirib ki, əsas əsir olan onlardır:

"Hamısı PKK-nın girovudur. Şəxsiyyətləri, mənlikləri əsirdir. Əsas da zehinləri kirlənib. Burada övladlarımız şəhid olduqdan sonra bir çox yalan, dezinformasiya yaymağa başladılar. Kirli məqsədlərini övladlarımızın ölümü üzərindən də davam etdirməyə çalışırlar".

Milli.Az