"Valyadolid" "Real"a məğlub oldu - VİDEO

21 Fevral 2021 11:04

İspaniya futbol çempionatının 24-cü tur oyununda "Rea"l Madrid "Valyadolid"i məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş Valyadolidin Xose Sorrilya stadionunda baş tutub və 1: 0 hesabı ilə başa çatıb.

Qaliblər sırasında yeganə qolu Kazemiro vurub.

Zinəddin Zidanın yetirmələri bu qələbə ilə 52 xal toplaya biliblər.

Milli.Az