ABŞ-da dükanda atışma olub, üç nəfər ölüb

21 Fevral 2021 10:46

ABŞ-ın Luiziana ştatında yerləşən Yeni Orlean şəhərində atışma nəticəsində üç nəfər həlak olub, iki nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, münaqışə silah dükanında baş verib.

Bildirilir ki, silahlı qarşıdurmanın ehtimal olunan səbəbkarı aldığı yaralardan yerindəcə ölüb.

Yaralıların vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Milli.Az