İspaniyada sensasiya - VİDEO

21 Fevral 2021 10:40

İspaniya çempionatının 23-cü tur oyununda "Atletiko"nun futbolçuları 0:2 hesabı ilə "Levante"yə məğlub olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qolları Xose Morales (30-cu dəqiqə) və Xorxe de Frutos (90+5) vurublar.

Xatırladaq ki, "Atletiko" bu həftə ərzində "Levante" ilə ikinci dəfə oynayır. İkinci turun təxirə salınmış oyunu 17 fevralda baş tutub və heç-heçə (1:1) başa çatıb.

Madrid klubu 23 matçda 55 xalla turnir cədvəlinə liderlik etməyə davam edir və ikinci sırada yer alan "Real Madrid"dən altı xal qabaqdadır. "Levante" 24 görüşdə 31 xalla səkkizinci yerdədir.

Növbəti turda "Atletiko" 28 fevralda səfərdə "Vilyarreal" ilə görüşəcək, fevralın 23-də Çempionlar liqasının 1/8 mərhələsinin ilk oyununda İngiltərə "Çelsi"sini qəbul edəcək. "Levante" isə 26 fevralda "Atletik Bilbao" ilə öz meydançasında qarşılaşacaq.

Milli.Az