Braziliyada koronavirusdan ölənlərin sayı 245 min nəfəri ötüb

21 Fevral 2021 10:22

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 57 472 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 139 148 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 212 nəfər ölüb, ölənlərin ümumi sayı 245 977 nəfər təşkil edir.

Milli.Az