ABŞ-ın qərb sahilində 5.1 bal gücündə zəlzələ olub

21 Fevral 2021 10:16

ABŞ-ın qərb sahilində 5.1 bal gücündə zəlzələ baş verib

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Geoloji Xidmətixəbər yayıb.

Yeraltı təkanların episentri Oreqon ştatında yerləşən Brandon şəhərindən 281 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib, dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az