Rusiyanın şərqində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzdən xəbər verilib.
Zəlzələnin episentri Tuva Respublikasının Kızıl şəhərindən 195 km şimal-şərqdə, ocağı isə 60 km dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.
Milli.Az