Azərbaycanın Əməkdar rəssamı vəfat edib

21 Fevral 2021 09:46

Şəki Dövlət Dram Teatrının baş rəssamı, respublikanın Əməkdar rəssamı Qüdrət Məmmədov vəfat edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun sənət yoldaşları məlumat yayıb.

Məlumata görə, Q.Məmmədov 85 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Milli.Az