Bakı-Sumqayıt yolunda üç avtomobil toqquşub - FOTO

21 Fevral 2021 09:29

Bakı-Sumqayıt şosesində üç avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

"Opel" markalı nəqliyyat vasitəsi eyni markalı avtomobillə toqquşub. Daha sonra "Saipa" markalı nəqliyyat vasitəsi hər iki avtomaşına çırpılıb. Qəza nəticəsində "Saipa" markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Milli.Az