"Kuruluş Osman" serialında Hazal Hatun obrazını canlandıran aktrisa Yeşim Ceren Bozoğlu azad olduğu artıq çəkisindən sonra xarici görünüşündə dəyişiklik edib.
Milli.Az Axşam.az-a istinadən bildirir ki, imicində tez-tez və köklü dəyişiklik edən Yeşim bu dəfə saçını tündə qəhvəyi rəngə boyatdıraraq kəkül kəsdirib.
Onun yeni stili xeyli müzakirə edilib və bəyənilib. Hətta aktrisanın bir neçə yaş cavanlaşdığını bildiriblər.
Yeni görünüşünü sosial şəbəkə hesabında paylaşan Cerenin fotosuna minlərlə bəyəni və şərh gəlib.
Milli.Az