İraqda hərbi baza raket atəşinə tutulub

20 Fevral 2021 23:57

Bağdadın şimalında yerləşən Balad hərbi bazasının raket hücumuna məruz qalması nəticəsində ən azı bir nəfər xısarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum zamanı ən az üç raket atılıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralın 14-də İraqın Ərbil şəhərinin hava limanının ərazisi raket atəşinə tutulub. Hava limanının ərazisinə azı 3 raket buraxılıb. İnsident nəticəsində bir neçə açerikan mütəxəssisi və əskəri xəsarət alıblar. Raket hücumunun hədəfi ABŞ Hərbi Hava Qüvvələrinin bazası olub.

Milli.Az