Britaniyada daha 10 406 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

20 Fevral 2021 22:22

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 10 406 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 105 675 nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 445 nəfər, hazırkı dövrədək isə 120 365 nəfər vəfat edib.

Milli.Az