"Atletiko" evdə iki cavabsız qol buraxdı

20 Fevral 2021 21:41

La Liqada 24-cü turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, lider "Atletiko" bu turda doğma meydanda "Levante" ilə qarşılaşıb. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Atletiko" - "Levante" - 0:2
Qollar
: Morales, 30, Frutos, 90+5

Bu nəticədən sonra lider Madrid təmsilçisi 55 xalda qalıb, "Levante" isə 31 xalla 8-ci pillədə qərarlaşıb. "Real" 49 xalla 2-ci, "Barselona" 46 xalla 3-cüdür.

Milli.Az