İntihar edən Sevilin şəxsi yazışmaları araşdırılacaq - FOTO

20 Fevral 2021 21:13

Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən, Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi olan 20 yaşlı Sevil Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai rayon prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcək.

Sevil 2 gün öncə intihar edib.

Xatırladaq ki, Sevilin ailəsində dəhşətli təzyiqlərə məruz qalması və bütün bunların fonunda intihar etməsi ilə bağlı yazışması ortaya çıxıb.

Milli.Az