"Çelsi"dən xal itkisi

20 Fevral 2021 20:31

"Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London klubu 25-ci turda "Sauthempton"un qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.

"Sauthempton" - "Çelsi" - 1:1
Qollar:
 Minamino, 33 (1:0), Maunt, 54-pen (1:1)

Bu nəticədən sonra "Çelsi" 43 xalla 4-cü, "Sauthempron" 30 xala 13-cüdür. Turnir cədvəlinə 56 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 46 xalla 2-ci, "Lester" eyni xalla 3-cüdür.

Milli.Az