Elmar Baxşıyev texniki zonadan kənarlaşdırıldı

20 Fevral 2021 20:29

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda hazırda davam edən "Neftçi" ilə matçda texniki zonadan kənarlaşdırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dördüncü hakim Səbuhi Bayramovun işarəsindən sonra görüşün baş hakimi İnqilab Məmmədov çalışdırıcıya əvvəlcə sarı vərəqə göstərib. Ancaq baş məşqçinin etirazının davam etməsindən sonra o, qırmızı vərəqə ilə cəzalandırılıb və texniki zonadan uzaqlaşdırılıb.

Milli.Az