“Keşlə” yeni transferini itirdi

20 Fevral 2021 20:27

"Keşlə" klubu ciddi itki ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yarımmüdafiəçi Sadio Tounkara zədələnib.

Yeni transferlərdən olan malili orta sahə oyunçusu Azərbaycan Premyer Liqasının XVI turunda "Zirə" ilə görüşün 26-cı dəqiqəsində rəqib müdafiəçi Sərtan Taşkınla mübarizədə sıradan çıxıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, "Keşlə"nin ikinci qolunun müəllifi mübarizəni davam etdirə bilməyib. Onun əvəzinə Vüsal İsgəndərli meydana daxil olub.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən "Keşlə" - "Zirə" oyununda ev sahibləri 2:1 hesabı ilə öndədir.

Milli.Az