“Neftçi” liderliyini möhkəmlətdi – “Zirə” xal itirdi

20 Fevral 2021 20:21

Azərbaycan Premyer Liqasında XXVI tura bu gün yekun vurulub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ikinci oyun günündə hər iki matç Bakıda baş tutub.

İlk olaraq "Keşlə" ilə "Zirə" münasibətlərinə aydınlıq gətirib. Bir gün əvvəl "Qarabağ"la "Sumqayıt"ın bərabərə qalması "Zirə"yə birincilərə yaxınlaşmaq, ikincilərdən isə uzaqlaşmaq şansı yaratmışdı. Qonaqlar hesabı açmasına baxmayaraq, üstünlüyü qoruya bilməyib. Hətta fasiləyə qədər hesabda geri düşüb. Zirəlilər sona yarım saat qalmış meydanda azlıqda qalsa da, məğlubiyyətdən qurtulmağı bacarıb. "Keşlə" qələbəni əldən versə də, sonuncu pillədən qurtularaq "Sabah"ı yenidən "zirzəmi"yə göndərib.

Tura "Bakcell Arena"dakı qarşılaşma ilə yekun vurulub. Keçən turda qələbə qazanan iki komanda - "Neftçi" ilə "Qəbələ" üz-üzə gəlib. Bir həftə əvvəl "Qarabağ"ı məğlub edən flaqman uğurlu çıxışı davam etdirib. Emin Mahmudovun son saniyələrdə vurduğu qolla qələbə qazanan "ağ-qaralar" "Qarabağ"la xal fərqini 3-ə yüksəldib.

Qeyd edək ki, Premyer Liqada XVII turun oyunları fevralın 25-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XVI tur
20 fevral (şənbə)
16:00. "Keşlə" - "Zirə" - 2:2
Qollar: 
Nicat Qurbanov, 19, Sadio Tonkara, 21 - Klesio Bauk, 17, Davit Volkov, 73
Qırmızı vərəqə: Dmitrios Çantakias, 60
Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov
"Keşlə": 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriges, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov
Baş məşqçi: Sənan Qurbanov
"Zirə": 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 26. Nemanya Andelkoviç, 77. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
"ASK Arena"

18:00. "Neftçi" -" Qəbələ" - 1:0
Qol: 
Emin Mahmudov, 90+4
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov
"Neftçi": 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 28. Stiven Monroz, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 20. Mert Çelik
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 10. Saman Nərimancahan, 29. Sabir Buqrin, 9. Ahmed Ahmedov, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
"Qəbələ": 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
"Bakcell Arena"

1

Neftçi

16

10

3

3

21-16

33

2

Qarabağ

16

8

6

2

38-13

30

3

Zirə

16

6

7

3

22-18

25

4

Sumqayıt

16

6

5

5

20-20

23

5

Qəbələ

16

4

6

6

15-23

18

6

Səbail

16

4

4

8

17-26

16

7

Keşlə

16

3

5

8

15-25

14

8

Sabah

16

4

2

10

16-23

14

Bombardirlər: Mahir Emreli ("Qarabağ") - 11 qol, Namiq Ələsgərov ("Neftçi") - 10.

Milli.Az