Azərbaycanda indiyədək 2 543 880 koronavirus testi aparılıb

20 Fevral 2021 19:32

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, ölkədə son sutka ərzində 8 055, hazırkı dövrədək isə 2 543 880 test aparılıb.

Milli.Az