Dərs cədvəli məktəb səviyyəsində tərtib edilir - Təhsil Nazirliyindən AÇIQLAMA

20 Fevral 2021 15:59

Təhsil Nazirliyi məktəbdə keçirilən dərslərlə bağlı açıqlama verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov "Facebook" hesabında dərs cədvəlinin məktəb səviyyəsində tərtib edildiyini yazıb.

Nazirlik rəsmisi bildirib ki, bu zaman V-IX siniflərdə əyani dərslərin həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulmaqla dərslərin sayı normativi aşmadan müəyyən edilir.

Milli.Az