Rusiyada 7 nəfər yeni növ quş qripinə yoluxub

20 Fevral 2021 15:58

Rusiyanın cənubunda quşçuluq fermalarının birində 7 nəfər quş qripinə yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova deyib.

Onun sözlərinə görə, fermada quş qripinin yeni növü olan A(H5N8) ştammı aşkar edilib. O bildirib ki, quşdan insana yoluxma faktı ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına məlumat göndərilib.

Qeyd olunub ki, hələlik insandan insan yoluxma faktı aşkar olunmayıb.

Quş qripinə yoluxmuş şəxslərin özlərini yaxşı hiss etdikləri deyilir.

Anna Popova əlavə edib ki, həmin fermada 2020-ci ilin dekabrında quş qripi epidemiyası yayılmışdı.

Milli.Az