Marsda yaşamağı bacaran orqanizmlər tapılıb

23 Fevral 2021 22:01

Almaniyadakı Bremen Universitetinin alimləri Mars planetinin atmosferi şəraitində böyüyə və inkişaf edə bilən mikroorqanizmlər aşkar ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə "Frontiers in Microbiology" jurnalında dərc olunan araşdırmada qeyd olunub. Elmi işdə bildirilib ki, siyanobakteriyalar və ya mavi-yaşıl yosunlara əsaslanaraq Mars səthində yaşayacaq insanlar üçün həyatı dəstəkləyən sistemlər yaratmaq mümkündür.

Alimlər müəyyən edib ki, siyanobakteriyalar aşağı təzyiqə baxmayaraq, Mars atmosferindəki qazları karbon və oksigen mənbəyi olaraq istifadə edərək həyatını davam etdirə bilir.

Milli.Az