Apple 6G şəbəkəsini inkişaf etdirəcək əməkdaşlar axtarır

23 Fevral 2021 19:55

Amerikanın Apple şirkəti altıncı nəsil rabitə şəbəkəsini inkişaf etdirəcək əməkdaşlar axtarır.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin "5G/6G simsiz sistemlər üzrə tədqiqat mühəndisi" vəzifəsi üçün vakansiyasında qeyd olunur.

İşçilərin "yeni nəsil (6G) simsiz rabitə sistemlərini araşdıracaq və inkişaf etdirəcəkləri" və "6G texnologiyalarına həsr olunmuş sənaye və akademik forumlarda iştirakları" qeyd edilib.

Məlumat üçün bildirək ki, 6G-nin istifadəyə verilməsi 2030-cu ildə gözlənilir.

Milli.Az