Android 12 NƏ ZAMAN təqdim olunacaq?

23 Fevral 2021 22:50

Google-un populyar mobil əməliyyat sistemi Android-in yeni versiyası üçün yeniləmə tarixi açıqlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bir yenilənmə fevralda başlayıb, aprel ayına kimi davam edəcək. Bu dövürdə hər dəfə yeni funksiyaların tətbiqi reallaşacaq.

Fevral - aprel aylarında olacaq ilk yenilənmə API və istifadə dəyişiklikləri, əlavə xüsusiyyətlər, sabitlik və performans üçün nəzərdə tutulub.

Android 12 Beta isə may ayında satışa təqdim ediləcək. Bu ilin avqust ayında da ayrıca beta versiyası əlavə ediləcək. May-Avqust aylarındakı yenilənmə ilə yeni Beta keyfiyyətlər, platforma stabilizasiyası, son API və Google Play təsdiqləri gözlənilir.

Sentyabrda isə sonuncu versiya təqdim olunacaq.

Milli.Az