Sinir liflərinin nəqletmə qabiliyyətinin pozulması

23 Fevral 2021 19:40

Sinir liflərinin zədələnməsinin əsas əlaməti qıcıqların nəql edilməsinin pozulmasıdır.Sinir liflərinin kəsilməsi,çapıq və ya şiş toxumasının onları sıxması nəqletmə prosesinin pozulmasına səbəb olur.Bundan başqa aşağıdakı patologiyalar da sinirlərin nəqletmə qabiliyyətinin pozulmasına səbəb olur:
- soyuqlama
- hipoksiya
- ultrabənövşəyi şüalanma
- radioaktiv şüalar
- bakteriya toksinləri(difteriya,qarın yatalağı)
- bəzi viruslar(qripp,pielonefrit)
- spesifik sinir zəhərləri(tetradetoksin)
Yuxarıda sadalananaların ağırlaşması zamanı sinir liflərini nəqletməsi tamamilə dayanır.
Sinir liflərinin nəqletmə qabiliyyəti zəiflədikdə elektrik qıcığının təsirinə qarşı verilən reaksiyalar ləngiyir.Bu zaman əvvəlcə dəyişən cərəyana,sonra isə sabit cərəyana qarşı həssaslıq azalır.Sabit cərəyana qarşı həssaslıqdan sinir sisteminin fəaliyyəini yoxlamaq üçün EEQ- dan istifadə edilir.Müayinənin nəticələri beyindəki elektrik impulslarının nəqletmə qabiliyyətini müəyyənləşdirir.Bu zaman zədələnmiş sinirin qıcığa qarşı verdiyi cavab reaksiyası sinirin nəqletmə qabiliyyətinin nə dərəcədə olduğunu müəyyənləşdirir.

Milli.Az