Yuxuda hamilə olduğunu görmək

23 Fevral 2021 07:01

Yuxuda hamilə oılduğunu görmək sevindirici bir xəbər almağa,xoş sürprizlə qarşılaşacağınıza bir işarədir.
Yuxuda hamilə olduğunu görən adamın varı-dövləti artar.
Yuxuda hamilə olduğunu öyrənmək illərlə arzuladığınız xəyalınızın həyata keçəcəyinə işarədir.
Əgər yuxuda ailə üzvlərinizdən birinin hamilə qaldığını görmüsünüzsə ailənizdə xoş bir sürpriz baş verəcək.
Yuxuda qız uşağının hamilə olduğunu görmək onun tezliklə ərə gedəcəyinə işarədir.
Kişi özünün yuxuda hamilə olduğunu görərsə bu onun gizli və xoşagəlməz bir sirrinin olduğunu bildirir.Həmin sirr açılacaq və o bundan xəcalət çəkəcək.
Elm adamının yuxuda hamilə olduğunu görməsi onun elmi bilik və nəaliyyətinin artacağına bir işarərədir.
Sənətkar adamın yuxuda hamilə olduğunu görməsi heç bir insanın bacarmadığı bir qabiliyyətinin ortaya çıxmasını bildirir.
Yuxuda arvadının hamilə olduğunu görən kişi Allahdan nə istəsə həyata geçəcək.
Yuxuda bir heyvanın hamilə olduğunu görmək yuxu görənin xeyir və mənfəət əldə edəcəyinə işarədir.
Yuxuda hamilə adam görmək və onu doğuzdurmaq sevindirici xəbər alacağınıza dəlalət edir.
Yuxuda qadın hamilə olduğunu və armud görərsə bu onun oğlan doğacağına işarədir.
Hamilə qadının yuxuda qarnından balıq çıxmasını görməsi onun qızı olacağına bir işarədir.
Hamilə qadın yuxuda özünü bığlı görərsə deməli oğlu olacaq.
Hamilə olan qadın yuxuda oğlan doğacağını görərsə deməli qızı olacaq.
Ümumiyyətlə,yuxuda hamilə görmək arzuların,maddiyatın və mənfəətin artıb çoxalması anlamına gəlir.
Yuxuda yaşlı qadının hamilə olmasını görmək həmin adamın odlu silahla işi olacağı anlamına gəlir.
Yuxuda qısır bir adamın hamilə olduğunu görən adam yaxındakılarının xəyanətinə uğrayacağı anlamına gəlir.
Dul bir qadının hamilə qalmasını yuxuda görmək onun bəxtinin açılacağına işarədir.
 

Milli.Az