Britaniya artıq qalan peyvəndləri yoxsul ölkələrə bağışlayacaq

20 Fevral 2021 17:59

Dörd yüz milyon çox doz koronavirus peyvəndinə sahib olan Böyük Britaniya yetkinlik yaşına çatanlar peyvənd edildikdən sonra artıq qalan vaksinləri yoxsul ölkələrə bağışlamaq qərarına gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu paylanmanın necə aparılacağı ilə bağlı təfərrüatlar ilin sonunadək müəyyənləşdiriləcək.

Baş nazir Boris Conson "Böyük yeddiliyin" videokonfrans vasitəsilə keçiriləcək sammitində bu qərar haqqında məlumat verəcək.

Qeyd edək ki, indiyədək Böyük Britaniyada 17 milyon insana peyvəndin birinci dozası vurulub.

Milli.Az