Azərbaycanda 101 yaşlı qadın peyvənd olundu

20 Fevral 2021 17:46

Azərbaycanda 101 yaşlı qadın COVID-19 əleyhinə peyvənd olunub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət İsmayıllı rayon sakini, 1920-ci il təvəllüdlü Ziliyeva Şamama Sədr qızından gedir.  

Qeyd edək ki, ölkə ərazisində vaksinasiya prosesi yanvar ayının 18-dən etibarən başlanılıb. Birinci mərhələdə tibb işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər peyvənd olunublar. Fevralın 17-dən isə yaşı 50-dən yuxarı olan şəxslərin də vaksinasiyasına başlanılıb. 

Xatırladaq ki, bundan öncə Lənkəran rayon sakini, 100 yaşlı Şananə Mahmudova da COVID-19 əleyhinə peyvənd olunmuşdu.

Milli.Az