“Mən Beyons deyiləm, amma sən də Leyla Quliyeva deyilsən”

20 Fevral 2021 17:07

Verilişə getmək üçün hər sənətçinin özünə görə əziyyəti olur. Fikirləşirəm ki, bunu dəyərləndirmək lazımdır. Özüm üçün bu qərarı verdim, istəyərdim ki, telekanallarımız tərəfindən bütün sənətçilərimiz mükafatlandırılsın. Bütün dünyada belədir, istəyirəm Azərbaycanda da belə olsun. Mənim bu təklifimə, qərarıma aparıcılarımız öz fikirlərini bildiriblər. Dəyərli aparıcılarımız, mən qonorarı sizdən istəməmişəm, televiziya kanallarına müraciət etmişəm. Qərarımı qiymətləndirmək də olar, qiymətləndirməmək də. Həyatımı belə davam etdimək istəyirəm. Burda küsməyə heç bir səbəb yoxdur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yayımladığı videoda deyib. Sənətçi efirə çıxmaq üçün telekanallardan pul istəməsi barədə fikirlərini tənqid edən teleaparıcı Afaq Gəncəliyə cavab verib.

Xatirə bildirib ki, Afaq ona cavabında qərəzli olub:

"Afaq, toya 4 min manata gedirsən. Bəs, sən ATV-dən  maaş almırsan? Aparıcı kimi qonorar alırsansa, ora gələn sənətçi də pul almalıdır. Verilişində müğənnini istədiyin kimi "sındırıb", istədiyin kimi qaldıra bilirsən. Bir verilişdən istədiyin qonorarı alırsan, sənətçi niyə almasın? Hələ bəlli deyil sənətçi sənin verilişindən necə çıxacaq. Xoşlayırsansa, qaldıracaqsan, xoşlamırsansa, bir səbəb tapıb iynələyəcksən. Əgər bizdə birlik olsa, bütün sənətçilər bu cür edər. Azərbaycanda toya getməyən müğənni var? Elə bir ad çək, nəyə istəsən hazıram. Zeynəb Xanlarovadan başqa elə müğənni var? Sən də toy aparıcısı olma.

Dünya ulduzlarından yox, Azərbaycandan danışıram. Səndən Beyonsun, Tarkanın pulunu istəməmişəm. Mən də Xatirə İslamın pulunu istəyirəm. Bizim xarici ulduzlardan nəyimiz əskikdir? Ola bilər mən Beyons, Şakira deyiləm. Bəlkə, sən də mənə qonorar ayırsan, dünya ulduzları kimi performans göstərəcəm?!Xatirə 22 ildir hər şey edib, edəcək də. Nə qədər sevilməyim, sənətkarlar tərəfindən qiymətləndirilməyim göz qabağındadır. Bəlkə, "day-dayım" olmayıb, kiməsə ağız açmamışam. Sənətim haqda heç kim heç nə deyə bilməz.

Afaq, istədiyin kanalda işləyirsən, istədiyin qonorarı alırsan. Amma sən də Leyla Quliyeva deyilsən. Beşdən artıq dil bilir, peşəkar aparıcıdır, savadlıdır, hər şeyi ilə nümunədir. Leyladan da çox qazanırsan".

Milli.Az