Uilliana qarşı irqçilik - FOTO

20 Fevral 2021 16:54

"Arsenal"ın braziliyalı futbolçusu Uillian irqçiliyə məruz qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi öz İnstaqram hesabında bildirib. Futbolçu onun mesaj bölümünə göndərilən ismarıcların ekran görüntüsünü hekayə bölümündə bölüşüb. Mesajlarda Uilliana "qara dərili", "meymun" və s. irqçi ifadələr işlədilib.

Milli.Az fotoları təqdim edir:

Milli.Az