Lavrov Böyük Turandan danışdı

20 Fevral 2021 15:43

Rusiya XİN başçısı Sergey Lavrov "RBK" kanalına müsahibə verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Rusiya və Belarusun inteqrasiyası ilə bağlı rus diplomat irəli qaçmağın mənası olmadığını və iki ölkə prezidentinin razılaşdığı kimi məsələnin həllini tapacağını bəyan edib. Qərb ölkələrini rusofobiyada ittiham edən Lavrov Putinin Qarabağ məsələsində vasitəçiliyindən də danışıb.

"Putinin Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasından sonra hamı təşvişə düşdü. "Onlarsız bu necə ola bilər?" sualını verdilər. İndi çoxları bu bölgəyə nüfuz etməyə və fəaliyyətlərini artırmağa çalışır", - deyə Rusiya XİN başçısı bildirib.

Böyük Turan haqqında da fikir bildirən Lavrov Türkiyənin belə bir hədəfi olduğunu düşünmədiyini dilə gətirib.

"SSRİ-nin tərkibində olmuş və indi müstəqil dövlət olan ölkələrin də bu fikri hər hansı şəkildə dəstəklədiyini görmürəm", - nazir söyləyib. 

Milli.Az