"Təranəni verilişimdə görmək istəmirəm, Günay təhlükəlidir" - VİDEO

20 Fevral 2021 14:01

"7 Canlı" proqramına qonaq olan aparıcı Afaq Gəncəli sənət adamları haqda qalmaqallı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramın aparıcısı Vüsalə Əlizadə həmkarına suallar ünvanlayıb.

Afaq Əməkdar artist Rəşad İlyasovu yersiz küsəyən müğənni adlandırıb. O, rəqqasə Fatimə Fətəliyevanın qatıldığı proqramın reytinq vermədiyini söyləyib.

Gəncəli prodüser Təranə Səmədovanı verilişində görmək istəmədiyini deyib. Afaq "Təhlükəli adamdır" sualına adını çəkmək istəmədiyi Günay İbrahimlinin fotosunu göstərib.

Aparıcı bildirib ki, Xalq artisti Aygün Kazımovasız şou-biznesi təsəvvür etmir. O, müğənni Günel Ələkbərovanı isə təkrarçı adlandırıb.

Milli.Az