Jiru "Çelsi"dən ayrılacaq? - Tuhel danışdı

20 Fevral 2021 18:57

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel futbolçusu Olivier Jirunun komandadakı gələcəyindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis 34 yaşlı hücumçunun bu mövsümün sonunda başa çatacaq müqaviləsinin yenilənib-yenilənməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

"Hələ onun müqaviləsi ilə bağlı bir qərar verməmişik. Çünki hələ tezdir və mən yalnız üç həftədir komanda ilə işləyirəm. İndi deyə bilərəm ki, "Çelsi"də belə bir oyunçu olduğu üçün çox şadam. Olivierin mükəmməl baş zərbələri var. o, ən yaxşı hücumçulardan biridir. Bəlkə də matçların hamısında oynamır, amma davranışı və təcrübəsi hər gün komandaya kömək edir".

Qeyd edək ki, Jiru bu mövsüm 21 görüşdə iştirak edib və 10 qol vurub.

Milli.Az