Rusiyada üçüncü yerli vaksin qeydiyyatdan keçdi

20 Fevral 2021 13:41

Rusiyada üçüncü koronavirus vaksini, "Kovivak" qeydiyyata alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Mixail Mişustin elan edib.

"Kovivak" vaksininin ilk 120 min dozasının martın ortalarında dövriyyəyə buraxılması gözlənilir.

Qeyd edək ki, bu günədək Rusiyada "Sputnik V" və "EpiVakKorona" vaksinləri qeydiyyatdan keçib.

Milli.Az