Türkiyədə peyvəndlənənlərin sayı 6,5 milyonu keçib

20 Fevral 2021 11:49

Türkiyədə koronavirusa qarşı peyvəndlənənlərin sayı 6,5 milyon nəfəri keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə vaksinasiya prosesi yanvarın 14-dən başlayıb.

Bu günədək 5,49 milyon nəfərə vaksinin birinci dozası, 1,17 milyon nəfərə isə hər iki dozası vurulub.

Hazırda Türkiyədə 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi davam edir. Daha sonra prosesin ikinci mərhələsi başlayacaq.

İkinci mərhələnin əvvəlində əsgər, polis və riskli sahələrdə çalışanlar peyvəndlənəcək.

Milli.Az