"Atletiko" və "Barselona" Suaresdən nəyi gizlədiblər?

20 Fevral 2021 11:42

"Atletiko" "Barselona"ya  Luis Suares üçün 5 milyon avro təzminat ödəyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb. Bildirilib ki, uruqvaylı hücumçunun bundan xəbəri olmayıb.

Madrid klubu keçid üçün katalonlara 5 milyon avro ödəyib. Bundan başqa, daha 6 milyon avroya qədər bonus da ödənilə bilər. "Barselona" isə əvvəl bu transferlə bağlı təkcə bonuslar barədə məlumat verib.

"Barselona" Suaresi mövcud razılaşmasının son bir ilində  klubda saxlamaq istəməyib. Bu səbəbdən oyunçu Kataloniya təmsilçisini azad agent kimi tərk etmək istəyib. Məhz buna görə transferin həqiqi qiymətinin açıqlanmadığı iddia edilib. Lakin klublar 34 yaşlı futbolçunun xəbəri olmadan 5 milyon avro ödəməyə razı olublar.

Xatıradaq ki, "Atletiko" ötən ilin sentyabrında Suaresi transfer edib.

Milli.Az