Təbii qaz ucuzlaşıb

20 Fevral 2021 14:33

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,42% azalaraq 3,07 ABŞ dolları təşkil edib.

Milli.Az