Ər keçmiş arvadını bıçaqladı

20 Fevral 2021 10:50

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qəriblər kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Firuzə Natiq qızı Məmmədovaya keçmiş həyat yoldaşı bir neçə bıçaq zərbəsi vurub.

Qadın döş qəfəsi və belin sol aşağı nahiyələrindən aldığı xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə Viləş körpüsü adlanan ərazidə qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az