Azərbaycan və Türkiyə arasında imzalanan daha bir saziş qüvvəyə mindi

20 Fevral 2021 10:44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş"i təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2020-ci il fevralın 25-də Bakıda imzalanan saziş bu gündən qüvvəyə minib.

Qeyd edək ki, sənəd Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıb.

Milli.Az