Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb

20 Fevral 2021 09:52

2021-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz azalaraq 9,084 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Hesabat dövründə Türkiyədən dünya bazarlarına avtomobil ixracı 2,267 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb.

Türkiyədən avtomobil ixracı yanvar ayında ölkənin ümumi ixracının 16,8 faizini təşkil edib.

Son 12 ayda (yanvar 2020 - yanvar 2021) Türkiyə 25,416 milyard dollar məbləğində avtomobil ixrac edib.

Milli.Az