Əfqanıstanda 2 partlayış: ölənlər və yaralananlar var

20 Fevral 2021 09:06

Əfqanıstanın paytaxtı Kabildə iki partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin "1TV" telekanalı polisə istinadən bildirib.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Məlumata əsasən, şəhərin iki bölgəsində minalanmış avtomobillər partlayıb.

Milli.Az