Kanada ABŞ ilə sərhəd bağlanmasını martın 21-nə qədər uzadacaq

20 Fevral 2021 08:49

Kanada və ABŞ pandemiya səbəbindən sərhədləri ən azı martına 21-nə qədər açmamağa razılaşıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Kanadanın ictimai təhlükəsizlik və fövqəladə hallarana hazırlığın təşkili üzrə naziri Uilyam Bler bildirib.

Nazir qeyd edib ki, ABŞ-a məcburi olmayan səyahət məhdudiyyətləri 21 mart 2021-ci ilə qədər uzadılıb.

U.Bler bunun davam edən pandemiya səbəbindən iki ölkə sakinlərinin təhlükəsizliyi üçün lazım olduğunu bildirib.

Milli.Az