Özbəkistanlı milyonçu ölkəsi üçün vaksin alacaq

20 Fevral 2021 08:38

Özbək əsilli Rusiya milyonçusu Əlişir Usmanov Özbəkistan üçün yarım milyon doza həcmində koronavirus vaksini alacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev bəyan edib.

O bildirib ki, ölkəyə yaxın günlərdə bir milyon dozalıq "Sputnik V" peyvəndi gətiriləcək ki, onun da təqribən yarısı Usmanovun vəsaiti hesabına alınacaq.

Xatırladaq ki, ötən ilin aprel ayında milyonçu Özbəkistanın "Sağlamlıq və mərhəmət" fonduna 20 milyon dollar ianə edib. İyul ayında isə o, fondun hesabına daha 10 milyon dollar əlavə vəsait köçürüb.

Qeyd edək ki, adıçəkilən fond Özbəkistanda koronavirusla mübarizə məqsədilə Səhiyyə Nazirliyi nəzdində yaradılıb.

Milli.Az