Çexiyada yeni koronavirus qərarı: Sakinlər üst-üstə iki maska taxacaqlar

20 Fevral 2021 08:28

Çexiya sakinləri insanların sıx olduğu ictimai yerlərdə xüsusi respiratorlar və ya üst-üstə iki sadə tibbi maska taxmalı olacaqlar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Yan Blatnıy bəyan edib.

Nazir bildirib ki, mağaza, ictimai nəqliyyat və insanların sıx olduğu istənilən digər ərazilərdə xüsusi nanohissəciklərlə təchiz olunmuş respiratorların, yaxud da ikiqat sadə tibbi maskanın taxılması məcburi xarakter daşıyacaq. Parça maskalar isə bundan sonra qoruyucu vasitə hesab edilməyəcək.

Qeyd olunur ki, sadalanan qaydalar bazar ertəsindən qüvvəyə minəcək.

Milli.Az