Los-Ancelesdə təyyarə avtomobilə çırpılıb, ölən var

20 Fevral 2021 07:45

Tək mühərrikli təyyarə ABŞ Los Anceles (Kaliforniya ştatı) limanında yük maşınına çırpılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "ABC" televiziya şirkəti xilasetmə xidmətlərinə istinadən bildirib.

Məlumata əsasən, hadisə nəticəsində təyyarənin pilotu ölüb, avtomobildə olan şəxs isə xəsarət alıb.

Bildirilib ki, xəsarət alanın vəziyyəti ağırdır. Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.

Milli.Az