Tərtər rayonunda tikili yanıb

19 Fevral 2021 23:50

Tərtər rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Səhləbad kəndində ümumi sahəsi 12 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az