Qubadlının Muradxanlı və Mərdanlı kəndlərindən FOTOREPORTAJ

19 Fevral 2021 20:30

Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibəsindən sonra işğal altında olan torpaqlarımız öz azadlığına qovuşdu. Azad olunmuş ərazilər arasında Qubadlının Muradxanlı və Mərdanlı kəndləri də var.

Trend-in Qarabağ bürosu sözügedən ərazilərdə səfərdə olublar. Səfər zamanı onlar ermənilərin buradakı vandallıqlarına şahidlik ediblər. Kəndlərdə evlər sökülüb, dağıdılıb, yaşıllıq ərazilər məhv edilib.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 2-də Muradxanlı, 7-də isə Mərdanlı kəndləri işğaldan azad olunub.

Milli.Az