Əfv komissiyasının iclası başa çatıb, 100-dən artıq müraciətə baxılıb

19 Fevral 2021 19:20

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanən yeni tərkibdə ilk iclası fevralın 16-da keçirilib və 100-dən artıq müraciətə baxılıb. Novruz bayramına qədər komissiyaya daxil olan müraciətlərin baxılıb yekunlaşdırılması nəzərdə tutulur.

Milli.Az