Türkiyənin Azərbaycanın haqq işinə verdiyi dəstək bizə əlavə güc verdi - Əli Əsədov

19 Fevral 2021 19:07

44 günlük Vətən müharibəsində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin Azərbaycanın haqq işinə verdiyi dəstək bizə əlavə güc verdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Əli Əsədov bu gün Ankarada keçirilən Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.

Ə.Əsədov bildirib ki, bu dəstək bütün dünyaya Azərbaycanın tək olmadığı mesajını verdi.

"Türkiyə hər zaman Azərbaycanın yanındadır. Hazırda bölgədə gedən bütün proseslərdə Azərbaycan da birmənalı şəkildə qardaş Türkiyənin yanındadır" - deyə, Baş nazir vurğulayıb.

Milli.Az