Bir paylaşımının qiyməti 1 milyon 250 min dollardır

19 Fevral 2021 22:25

"Yuventus"un oyunçusu Kriştiano Ronaldo futboldan kənarda da yüksək məbləğdə pullar qazanır.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, sosial mediada ən çox izləyicisi olan portuqaliyalı hücumçunun "İnstaqram"dakı bir paylaşımının qiyməti təqribən 1 milyon 250 min dollardır.

Qeyd edək ki, 36 yaşlı oyunçunun sosial media hesablarında 500 milyon ("İnstaqram"da 261 milyon, "Feysbuk"da 148 milyon, "Tvitter"də 91 milyon) izləyicisi var.

Milli.Az